ANDURMA KƏNDİN TOPONİMLƏRƏ GÖRƏ TARİXİ. (Müəllif: Naib Hüseynov)
Andurmanın ərazisinə baxanda çox qədimliyi aydın olur. Böyüklərin dediyinə görə əvvəllər ətrafında meşəliklər olmuşdur. Kəndin yuxarısında “Yola kujqo hal” və “Qədə kujqo hal” mövcuddur. Bundan əlavə kəndin aşağısında “Kumaqon hal” var. Kujqo talış dilində meşədə yaşayan vəhşi öküz belə demək mümkündürsə meşədə yaşayan maral nəzərdə tutulur. Həqiqətən də bu qayaların hər üçündə meşə heyvanların yaşayıb istirahat etməsi üçün sərait mövcuddur.
Kəndin qəbristanlığında olan palıd ağacların min ilə yaxın yaşı vardır ki bu da qədimliyi sübut edir.
Kəndin çox yaxinliginda “Ker” deyilən güney yerində olan qəbrlərdən heç kim məlumat verə bilmir. Kolxoz dövründə öküz tövləsi tikmək məqsədi ilə qazılan binəçəkdə (indiki məscidin qabağında igirmi metr aralığında) beş ədəd saxsı küpun tapılması da muəmmalıdır. O vaxtı həmin kuplərdə tapılan buğda qalıqları ona əsas verirdi ki oğurluq olmasın deyə küpləri taxılnan doldurub yerin altında saxlayırmışlar.
Boboym ocağının aşağısında yoldan aşağıda olan təpədəki qəbrlərdən də məlumat verən yoxdur.
“Meşə “ dediyimiz ərazidə “Cəlali me”də “Cəlal, Zəqolə bəq”dəki “Zəqolə bəq”, “Kəlbəli honi” və “Kəlbəli xəmən” dəki Kəlbəli, “İbadulla çolda”kı İbadulladan məlumat yoxdur. Təkcə “Hociəli hal”dakı Hociəli məlumdur ki bu da ola bilsin son dövrlərə təsadüf etdiyi üçün bəllidir.
Boboym ocağından Çayrud kəndinə doğru gedən yolun sağ və sol tərəfində yerləşən hamar sahə “Kanə di (köhnə kənd) adlanır. Lakin keçmişdə heç bir tikinti xarabalıqlarına rast gəlinmir.
Söhbətin əvvəlində dedik ki Andurmanın ətrafında meşə olmuşdur. Bəs həmin meşələrin aqibəti necə olmuşdur? İnsanlar mülk tutmaq məqsədi ilə meşələri tədricən qırmış əkin yeriərinə çevirmişlər. İndinin özündə də əkin sahələrin arasındakı mərzlər qədimdən qalmış sərhədlərdir ki bu günə qədər gəlib çıxmışlar.
Lənkəran qəzasının 1849-cu ildə tərtib edilmiş kameral təsvirində Piyəküjə kəndində 9 ev olduğu halda, Andurmada 8 ev olmuşdur.

💬 Şərhlər (0)
Şərh yaz