XEYİRXAHLIQ NÜMUNƏSİ - sil-sile yazi. 1-ci hissə. (Müəllif: Natiq Hüseynov)
Uşaqkən kəndimizin BOBOYM ocağımızda keçirilən iməcliklərindən birində iştirak etdim. Böyüklər həm işləyir, həmdə söhbət edirdier. Söhbətlərini detallı xatırlamıram. Amma birnecə adamın tez tez tələffüz etdiyi bir ad qulağımda bu günə qədər cingildəyir. 7-8 yaşlarımda yaddaşıma qazilmış bir AD haqqında (40 il) qırx il sonra, 47 yaşımda yazmaq fürsəti əldə elədim. İnsan həyatda gördüyü yaxşılıqları illər keçdikcə unuda bilər. Lakin bəzi insanların etdiyi yaxşılıqlar yaddaşdan silinmir. Çünki əsl xeyirxahlıq nə təmənna güdür, nə də özünü göstərmək istəyir. O, insanın daxilindən gələn bir mənəvi ehtiyacdır. Xeyrxahlığın qiyməti bəzən verilən yardımın böyüklüyü ilə deyil, həmin yardımın hansı şəraitdə və hansı niyyətlə edilməsi ilə ölçülür. İmkanların məhdud olduğu, insanların öz ehtiyaclarını güclə qarşıladığı dövrlərdə başqasının dərdinə şərik olmaq, əl tutmaq, ehtiyacı olanın yanında dayanmaq daha böyük fədakarlıq tələb edir. Elə insanlar var ki, ömürləri uzun olmur, amma gördükləri işlər onların ömrünü illərlə, bəzən nəsillərlə davam etdirir. Onlar haqqında yazılan xatirələr yalnız bir insanın həyatından bəhs etmir. Həm də bir dövrün insanlığını, mənəvi dəyərlərini və unudulmamalı həyat dərslərini qoruyub saxlayır. Atasını İkinci Dünya müharibəsində itirmiş, böyük fədakarlıq göstərən ananın himayəsində böyümüş, hərbi xidmətdən sonra əmək fəaliyyətinə fəhləlikdən başlamış, sonra təhsilini qiyabi davam etdirərək mühəndis ixtisasına yiyələnmiş bir insan haqqında… O,həyatının müxtəlif mərhələlərində zəhmətlə çalışdı, özünü yetişdirdi, ailəsini qurdu. Lakin onun həyatında məni ən çox düşündürən (bu atamın sözüdür) və bu xatirələri yazmağa vadar edən cəhət insanlara etdiyi yaxşılıqlar idi. Bu gün xeyriyyəçilik haqqında çox danışılır. Ancaq həmin illərdə belə fəaliyyətin indiki qədər geniş yayılmış imkanları və formaları yox idi. Buna baxmayaraq, o, imkanları daxilində ehtiyacı olan insanlara kömək edir, bunu nümayiş etdirmədən, qarşılığını gözləmədən edirdi. Təəssüf ki, belə insanların bəzən ömrü qısa olur. O da cəmi 53 yaşında, hələ çox işlər görə biləcəyi bir çağda dünyasını dəyişdi. Lakin insanın ömrünün uzunluğu ilə onun həyatda qoyduğu iz həmişə eyni olmur. Bəzi insanlar uzun yaşayırlar, amma az iz qoyurlar. Bəziləri isə qısa ömür sürüb, öz xeyirxahlıqları ilə insanların yaddaşında uzun illər yaşayırlar. Bu xatirələr həmin insanlardan birinin mənim yaddaşımda (atamın söhbətlərindən) xüsusi yeri olan bir insanın həyatına həsr olunur. Mən qəhrəmanımız haqda danışmaqdan öncə istəyirəm onun anası barədə bir iki kəlmə yazm. Çünki illərlə mən böyüdüyüm evdə daim bu fədakar ananın söhbətini eşitmişəm. Sizə danışdığım bu sətirlər bütünlüklə atamın dilindən eşidilib.. Davami növbəti yazıda .... ve ya bu linkde www.andurma.site/meqale/8
💬 Şərhlər (1)
Allah sağlam can uzun ömur versin Kərbəlayi
Şərh yaz