FƏDAKAR ANANIN ÖMÜR YOLU. 2-ci hissə

✍️ Super Admin 📅 24.10.2026 👁️ 172 baxış
FƏDAKAR ANANIN ÖMÜR YOLU. 2-ci hissə

Əvvəli bu linkde. www.andurma.site/meqale/5

Bir uşaq anası olan QƏHRƏMAN nənəmiz həyat yoldaşını müharibəyə yola saldıqdan sonra çiyinlərinə böyük bir yük götürdü. Artıq qarşısında yalnız öz övladını böyütmək vəzifəsi yox idi. O, həm qoca qayınanasına, həm də ailənin kiçik yaşlı üzvlərinə sahib çıxmalı idi.

O dövrün ağır həyat şəraitində bütün bunların öhdəsindən gəlmək asan deyildi. Lakin QƏHRƏMAN nənəmiz çətinliklərin qarşısında sınmadı. Kolxozda əmək fəaliyyətini davam etdirdi, sonralar kəndin sahə briqadiri oldu. Kişilərlə çiyin çiyinə işləyir, ağır zəhmətdən çəkinmir, öz əməyini namus və şərəflə yerinə yetirirdi.

Amma onun ən böyük zəhməti tarlada deyl, öz övladının tərbiyəsində idi. O, oğlunu elə böyütmək istəyirdi ki, bir gün cəmiyyətin qarşısında layiqli insan kimi dayana bilsin. Bir saçını qara, birini ağ hörə-hörə, ömrünün son gününə qədər bunun üçün çalışdı. Oğlunun təkcə öz ailəsinə deyil, ətrafdakı insanlara da faydalı, xeyirxah və mərhəmətli bir insan kimi yetişməsndə onun verdiyi tərbiyənin böyük payı vardı.

Sonralar oğlu öz ailəsini qurdu. Ailə böyüdü, körpələr dünyaya gəldi. KİNƏVƏS nənəmiz isə özündə olan analıq mərhəmətini ailəsinə gətirdiyi gəlininə də ötürdü. Nəvələrinin hər birinin üstündə, nanə yarpağı kimi əsirdi.

O, bir ömür boyu ailəsinin yükünü daşıdı. Müharibənin gətirdiyi ayriliğı, yoxsulluğu, ağır zəhməti, analıq məsuliyyətini və ailənin qayğılarını öz çiyinlərində apardı. Və bütün bunları heç bir təmənna güdmədən etdi.

Bəlkə də sonralar cəmiyyət üçün xeyirxahlıq etməyi, dara düşənin yanında olmağı həyatının əsas məqsədlərindən birinə çevirən həmin oğulun ilk xeyirxahlıq məktəbi elə bu ananın dizinin dibində başlamışdı. Çünki yaxşı insanin ilk müəllimi çox vaxt onun anası olur. Davami üçün bura vurun

müəllif: Natiq Huseynov

💬 Şərhlər (2)

Nəriman Ceferov 24.10.2026

Andurma və Piyəkucə kəndlərin bütün sakinlərini cəmiyyətin üzüklərini səmimi qəlbdən salamlayıram. Dünyasını dəyişənləri Allah qəni-qəni rəhmət eləsin. Yerləri cənnət məkan olsun. Natiq qardaş sənə təşəkkür edirəm. Çox sağ ol. Allah həmişə səni qorusun. Sənin toxunduğun bu mövzulərin dəyəri böyükdür. Rəhmətlik Kinəvəs nənə və Ayaz əmi evdən yox eldən getdilər. Allah onları qəni-qəni rəhmət eləsin. Yerləri cənnət olsun. Qəbirləri nurla dolsun. Natiq o balaca Andurma və Piküjə kəndlərində çox böyük insanlar , ağsaqqallar xeyrdə şərdə bir birilərinə əl tutan insanlar yaşayıb və dünyasını dəyişiblər. Allah onların hamısını rəhmət eləsin. Yerləri cənnət olsun. Naibdən soruş o adamlar haqqında sənə ətraflı məlumat verəcək. Sağ ol. Minnətdaram

Naib Hüseynov 24.10.2026

Kinəvəs nənəni görməyənlər inanmazlar.İndi ki, bu cəmiyyətin üzvləri Andurma və Piyəkujə kəndlərin abadlığı ( Allah onlardan razı olsun) üçün çalışırlar.Hələ o dövrdə o, öz qadınlığı ilə edirdi.

Şərh yaz

← Bütün məqalələr