AYAZ CƏFƏROV 3-cü hissə
Əvvəlini oxumaq ücün bura vurun.
Ayaz Cəfərov Lənkəranın Şirinquyu kəndindən Bakıya köçüb, “ Çermet” adlanan qəsəbədə məskunlaşmışdı.Çermet sözü rus dilində “qara metal” mənasini verir. Ayaz burada betonzavodda fəhlə işləməyə başlamışdı.
Maddi imkanlarının elə də geniş olmadığı bir dövrdə onun qapısı Andurma kəndindən gələn gənclərin üzünə həmişə açıq idi. Sumqayıtda peşə məktəbində oxuyan Andurmalı üç, bəzən isə beş nəfər gənc hər həftənin istirahat günündə Ayazgilə gedərdi.Onları qarşılayan isə Ayazın anası Kinəvəs nənə olardı. Kinəvəs nənə həmin gənclərə süfrə açard,
Bunu xüsusilə qeyd etmək lazımdır ki, Ayazın özü də fəhlə işləyirdi və ailəsinin imkanları böyük deyildi. Evdə anası, həyat yoldaşı Solmaz xanım və yenicə dünyaya gəlmiş oğlu Rəfayıl vardı. Buna baxmayaraq, onların evində başqasına verilən bir süfrə, başqasına göstərilən bir qayğı heç vaxt ağır yük kimi görünməzdi.
XEYIRXAHLIQ İNSANIN ƏMƏLİNDƏ YAŞAİIR.
Atamın dedkləri, Ayaz Cəfərovun yaşadığı iki otaqlı ev təkcə onun ailəsinin yaşayış yeri deyildi. Bu evin qapısı tələbələrin,kənddən xəstə gətirənlərin və Bakiya başqa işlərlə gələn insanların üzünə də açıq idi.Kim haradan gəlməsindən asılı olmayaraq, Ayazin evində özünə sığınacaq tapa bilirdi.
Bəzən o qədər adam gəlirdi ki, yorğan -döşək sərildikdən sonra otaqlara güclə sığışmaq olurdu.Qonaqlar iki-iki , üç-üç yatırdılar.Ancaq evin balaca olması Ayazın ürəyinin böyüklüyünə mane olmurdu.O, imkanı daxilində hər kəsə kömək etməyə çalışırdı.
Zaman keşdikcə Ayaz iş yerində özünü doğrultdu. Fəhləlikdən ustalığa, ordan da növbə rəisliyinə qədər yüksəldi. İşgüzarlığı, səmimiyyəti və insanlarla xoş rəftarı sayəsində kollektivin hörmətini qazandı: Bununla kifayətlənməyərək, inşaat texnikumunun qiyabi şöbəsinə sənədlərini verdi və qəbul olundu. O, həm işləyir, həm də təhsilini davam etdirməyə çalışırdı.
AYAZƏMİ haqqında Atamdan coxlu hadisələr eşitmişəm. onlardan birini atamın dilindən gələcəyə catdırmaq istıyirım.
Atam deyir: mənim Ayazla bağlı heç vaxt unutmadığım bir xatirəm var.
1969-cu ilin avqust ayında Azərbaycan Dövlət Tibb intitutuna qəbul olunmaq üşün imtahan verdim. İmtahanlardan üç dörd və bir üç almışdım.Lakin həmin dövrün qəbul qaydalarına görə, iki illik iş stajı olmayan abituriyentlər imtahanlardan keçsələr beiə, müsabiqədən keşə bilmədilər. Mən də qəbul olunmadım. Gələn ilin avqustuna qədər lazımi iş stajını tamamlaya bilməsəydim, orduya çağırılacaqdım.
Elə həmin dövrdə, 1970-ci ilin yanvar ayında qəzetdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsinə qəbul haqqında elan gördüm. Fikirləşdim avqust qəbul imtahanlarına çatmamış mayda orduya getməliyəm.Onda fürsəti əldən verməyərək sənədlərimi götürüb o vaxtkı Kirovabad, indiki Gəncə şəhərinə getdim. İki “5” və iki “4” qiymətlə qəbul olundum.Sonra Sumqayıta, iş yerimə qayıtdım.
Aprel ayında iş tapşırıqlarımı almaq üçün yenidən Gəncəyə getməli idim. Yola səhər tezdən şıxmaq üçün axşam Çermetə Ayaz gilə getdim. Ayaz ikinci növbədə olduğundan mənim üçün yatmağa yer hazırladılar və mən yatdım.
Ayazın gecə saat 12-də işdən qayıdacağını bilirdim. O, gələndə artıq yatdığımı görüb məni oyatdı. Məni geyindirdi, üst başımı nəzərdən keçirtdi, ayaqqabıları da geyin dedi.
Birdən dedi:
-Bu ayaqqbılar tələbəyə yaraşmır !
Solmaz xanıma müraciət edib özünün təzə ayaqqabılarını gətirməsini istədi.
O vaxt yaxşı geyim əşyası tapmaq asan deyildi. Çox şey sifarişlə tikilirdi. Ayaz da həmin ayaqqabıları xüsusi sifarişlə tikdirmişdi. Altı da “podoşdan” idi yeriyəndə taqqıltı səsi verirdi.
Ayaqqabıları geydim. Ayaz mənə baxıb razılıqla dedi;
-Hə indi tələbəyə oxşayırsan !
Bu hadisədən uzun illər keçib. İndi mənim 76 yaşım var. Ancaq o ayaqqabılarla küçədə yeriyərkən eşitdiyim taqqıltı səsi bu gün də qulaqlarımdadır.
Niyə?
Çünki həmin ayaqqabılar mənim üçün adi bir geyim əşyası deyildi. Onlar bir insanın başqa bir insanın gələcəyinə necə ürəkdən qayğı göstərə bildiyinin xatirəsinə çevrilmişdi.
Bu məqamı da xüsusi qeyd etmək istəyirəm; Ayazla mənim heç bir qohumluğum yox idi. O, bu qayğını mənə qohum olduğum üçün deyil, insan olduğum üçün göstərirdi.
Bəzən insanın böyüklüyünü tutduğu vəzifə, qazandığı pul və ya sahib oiduğu mülk müəyyən etmir.Onun böyüklüyü başqasının ehtiyacını öz ehtiyacı kimi hiss etməsində üzə çıxır. Ayaz Cəfərov mənim yaddaşımda məhz belə bir insan kimi yaşayır. Davami var....
müəllif: Natiq Hüseynov
💬 Şərhlər (2)
ALLAH , Ayaz əmiyə qəni -qəni rəhmət eləsin.Kəndimizin dəyərli və təsübkeş ağsaqqallarından biri olub. Həyat yoldaşı , Solmaz xala və bütün övladlarına və nəvələrinə ALLAH dan can sağlığı arzu edirəm.
Babam İlə Həqiqətndə Fərx edirəm Allah Rəhmət eləsin🥺🤲🏻
Şərh yaz